NİDERLANDDA “NƏ? HARADA? NƏ VAXT?” OYUNU KEÇİRİLMİŞDİR
Sentyabrın 26-28-də Rotterdamda populyar “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilmişdir.
Niderlanddakı “Rus evi” Birləşmiş Həmvətənlər Təşkilatları Əlaqələndirmə Şurasının dəstəyi ilə təşkil olunmuş “Dostluq Kuboku-2008” beynəlxalq turniri Beynəlxalq Sülh gününə həsr edilmişdir. Turnirdə Avropa Azərbaycanlı Qadınları İttifaqının “Ana Vətən” Cəmiyyətinin intellektual xanımlarından ibarət “Bakının ulduzları” komandası da iştirak etmişdir.
Turnirin icraçı direktoru Qriqori Pasternak qonaqları salamlayaraq bildirmişdir ki, yarışlarda Belçika, Almaniya, Niderland, Rusiya, ABŞ, Estoniyadan 14 komanda iştirak etmişdir. O vurğulamışdır ki, xaricdə bu maraqlı oyunun daha böyük əhəmiyyəti var. Hollandiyada çoxmillətli rusdilli əhalinin sayı çoxdur və bu oyun onların əlaqələrinin inkişafına kömək edəcəkdir.
Azərbaycan komandası ilk dəfə təcrübəli komandalarla yarışsa da, gözəl oyun və kamil rus dili nümayiş etdirə bilmişdir.
“Ana Vətən” Cəmiyyətinin prezidenti Gülşən Lətifxan demişdir ki, 2009-cu ilin oyununda Hollandiyada təhsil alan azərbaycanlı tələbələr iştirak edəcəklər.
Təşkilatçılar oyun başa çatandan sonra maraqlı proqram, o cümlədəm Rembrantın vətəninə - qədim Leyden şəhərinə ekskursiya hazırlamışlar.
Turnir çox maraqlı keçdiyi üçün iştirakçılar onu hər il təşkil etmək qərarına gəlmişlər.
Rotterdam
MÜƏLLİFLƏ ƏLAQƏ
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]