Nikol Paşinyan: mayın 1-də Ermənistan küçələrinə yüz minlərlə insan çıxacaq
Bakı, 27 aprel, AZƏRTAC
Biz ölkədə yaranan vəziyyəti Serj Sarkisyana izah etdiyimiz kimi (baş nazir postundan istefası), Karapetyana da izah edəcəyik. Yüz minlərlə insan yeni baş nazirin namizədliyi üzrə səsvermənin keçiriləcəyi gün - mayın 1-də küçələrə çıxacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu müxalifətin etiraz aksiyalarına rəhbərlik edən parlamentin deputatı Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanın danışıqlardan imtina etməsi hakim Respublika partiyasındakı hərc-mərclikdən xəbər verir və bu səbəbdən müxalifətin nümayişi davam edəcək.
“Onlar dünən və sırağa gün heç bir şərt irəli sürmədən danışıqlara hazır olduqlarını bildirmişdilər. Lakin, gördüyünüz kimi, cənab Karapetyanın yerini mənim çantam tutub”, - deyə Paşinyan danışıqların keçirilməli olduğu mehmanxanada jurnalistlərə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Karapetyan müxalifət lideri Paşinyanla danışıqlardan imtina edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]