“NİKOYL” İNVESTİSİYA KOMMERSİYA BANKI RUSİYA SƏRMAYƏDARLARININ AZƏRBAYCANDA HƏYATA KEÇİRƏCƏKLƏRİ LAYİHƏLƏRİ MALİYYƏLƏŞDİRMƏYƏ HAZIRDIR
Hazırda bank Azərbaycanda böyük əhəmiyyət kəsb edən iqtisadi və sosial layihələrin reallaşdırılmasında yaxından iştirak edir. İndi biz həm Rusiya, həm də Azərbaycan ərazisindəki əmlakın girov qoyulması əsasında müştərilərimizə kreditlər veririk, “Uralsib” bankının zəmanəti əsasında metal, sement, tikinti materialları və avtomobil idxalçıları olan Rusiya şirkətləri ilə müqavilələrin bağlanması üzərində çalışırıq. İki ölkənin vətəndaşları arasında sadələşdirilmiş pul köçürmələri mexanizmlərinin yaradılmasına da böyük əhəmiyyət veririk. Ümidvarıq ki, səylərimiz Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq tellərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Bu yaxınlarda bizim Bakıda üçüncü, Sumqayıtda isə ilk filialımız açılmışdır. Yaxın gələcəkdə Gəncədə, Mingəçevirdə, Quba və Lənkəranda da yeni struktur bölmələrimiz açılacaqdır.