Nizami rayonunda evdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 4 fevral, AZƏRTAC
Yanvarın 30-da Nizami rayonundakı evlərin birindən 1000 manat və 16 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 2-də rayonda üç avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini H.Qasımov həmin rayonun polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə tutulub.
Hər iki faktla bağlı araşdırmalar aparılır.