Növbəti ilin təhsil xərcləri üçün 3,8 milyard manat ayrılması nəzərdə tutulur
Bakı, 10 noyabr, AZƏRTAC
Növbəti ilin dövlət büdcəsindən təhsil xərcləri üçün 3 milyard 884 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir deyib ki, bu, cari illə müqayisədə 607 milyon manat və ya 18,5 faiz çoxdur. 2022-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13 faiz olmaqla 2021-ci ilə nisbətən 1,5 faiz bəndi çox olacaq. Son 5 ildə təhsil üzrə cari xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2 faiz bənd artaraq 4,5 faizə çatdırılıb, dövlət büdcəsi xərclərinin tərkibində isə 4,4 faiz bənd artaraq 13 faiz təşkil edib. Mütləq ifadədə isə məbləği 2 dəfə və ya 1 milyard 921 milyon manat artıb. Bununla yanaşı, son 5 ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil sahəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün 996 milyon manat məbləğində vəsait yönəldilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]