Ödəniş sistemləri haqqında Qanun maliyyə texnologiyaları sahəsində əlavə imkanlar yaradacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Ödəniş sistemləri haqqında Qanunun qəbulu Azərbaycandakı maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər üçün əlavə imkanlar yaradacaq və onların inkişafına çox ciddi təkan verərək hüquqi bazanı formalaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanda fintex ekosistemi - bu gün və sabah” tədbirində çıxış edən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov deyib.
O bildirib ki, bununla yanaşı iştirakçıların gözləntiləri var və həyata keçirildiyi halda sektor daha da inkişaf edərək ümumi nailiyyətlər qazanılacaq: “Bunlardan birincisi sektorda açıq APİ-lərin tətbiqi ilə bağlı məsələlərdir və düşünürük ki, onların tətbiqi üçüncü tərəflərin də öz müştərilərinə kifayət qədər əhatəli məhsullar təqdim etmələrinə yardımçı olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]