“ODLAR YURDU AZƏRBAYCAN” DİL KURSU ÜZRƏ YAY UNİVERSİTETİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 9-da Beynəlxalq Mətbuat Mərkəzində iyulun 7-dən “Odlar yurdu Azərbaycan” dil kursu üzrə yay universitetinin fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilmişdir.
Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkil etdiyi tədbirdə müvafiq qurumların nümayəndələri, Avropanın müxtəlif ölkələrindən tələbələr iştirak etmişlər.
Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin prezidenti Toğrul Ələkbərov və digər natiqlər tələbə təşkilatı olan AEGEE barədə ətraflı məlumat vermiş, onun Avropanın ayrı-ayrı ölkələrində geniş fəaliyyət göstərdiyini bildirmişlər. Qeyd etmişlər ki, təşkilat tələbələrə Avropanın müxtəlif şəhərlərində keçirilən tədbirlərində iştirak etmək, avropalı gənclərlə təmasda olmaq imkanları yaradır.
Xatırladaq ki, AEGEE-Baki İctimai Birliyi Macarıstan, Slovakiya, İtaliya, İspaniya, Türkiyə və digər ölkələrdən respublikamıza gəlmiş 12 əcnəbi tələbə üçün təşkil edilmiş “Odlar yurdu Azərbaycan” dil kursu üzrə yay universiteti iyulun 21-dək davam edəcəkdir.
AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhfə vermiş gənclər mübadiləsi proqramları həyata keçirmişdir.
Tədbirdə Avropa ölkələrindən olan tələbələr öz ürək sözlərini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]