Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir
Bakı, 3 oktyabr, AZƏRTAC
Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən xəbərə görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.
Oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]