Oktyabrın 4-də keçirilən hərracda 14 dövlət əmlakı satılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.
Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013-cü illər arasında dəyişir.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/sKmjK ).
Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar oktyabrın 11-i, 18-i və 25-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [18:03]
® Vergi islahatları – Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında
- 02.07.2026 [17:19]
® “AccessBank”dan yeni biznes müştərilərinə 50 faizədək endirim kampaniyası
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]