ÖLKƏMİZDƏ ÇƏKİLMİŞ İLK DÖYÜŞ FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
Federasiyanın prezidenti Tanrıverdi Allahverdiyev, respublika gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Şotakan Karate-Do Federasiyasının prezidenti, 5-ci dan qara kəmər ustası Elçin Mehdizadə, Bakı Şəhəri İcra Hakimiyyyəti Aparatının kino xidməti idarəsinin rəisi Nəriman Ağayev mərasimdə çıxış edərək, ölkəmizdə idmanın inkişafına ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi yüksək diqqət və qayğının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla xatırlatdılar, bu filmin çəkilməsini də bunun bəhrəsi olduğunu diqqətə çatdırdılar. İdmançılarımızın həmişə respublikamızın şöhrətini uca tutmağa, dövlətimizin şərəfini ləyaqətlə qorumağa hazır olduqlarını vurğuladılar. Qeyd edildi ki, filmin ideya müəllifi Tanrıverdi Allahverdiyev, ssenaristi Zaur Xəyal, rejissoru Vüqar Əliyev, bəstəkarı Xəyal Əfəndiyev, bütün rolların ifaçıları, iştirakçılar respublika, beynəlxalq miqyaslı yarışlarda, dünya birinciliklərində uğurlu çıxışları ilə yaxşı tanınan perspektivli gənclərdir. Bir sözlə, bu, ilk filmdir ki, onun bütün qəhrəmanları karateçi idmançılardır.
Respublikamızın incəsənət ustaları filmin yaradıcı kollektivini mahnı və rəqslərlə salamladılar.
Sonra “Şeytanın tələsi” filmi nümayiş etdirildi.