Ölkəmizdə COVID-19-a yoluxma sayı nəzarət altındadır
Bakı, 22 iyun, AZƏRTAC
Mayın axırlarından başlayaraq dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma sayında artım müşahidə edilir. Hətta bəzi ölkələrdə dördüncü doza peyvəndlə əlaqədar qərarlar verilib.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion nəzarət təşkili şöbəsinin əməkdaşı Turan İbrahimovanın dediyinə görə, ölkəmizdə həmin məsələ nəzarətdə saxlanılır: “Bəzi ölkələrdə COVID-19-a yoluxma sayında artımın baş verməsi infeksiyaya qarşı dördüncü doza peyvəndin vurulmasını gündəmə gətirib. Lakin bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının heç bir tövsiyəsi yoxdur. Aidiyyəti qurumlar tərəfindən bu məsələ izlənilir və tövsiyə olunduğu təqdirdə bununla bağlı məlumat veriləcək. Xəstəxanalarda stasionar müalicə alan COVID-19 xəstələrinin sayında artım yoxdur. Lakin gələcək üçün bunu əvvəlcədən planlaşdırmaq qeyri-mümkündür. Hazırkı vəziyyətdə yoluxma sayı nəzarət altındadır. Meymunçiçəyi və koronavirusun eyni vaxtda yayıldığı şəraitdə hər kəs özünü qorumalı və ilk növbədə gigiyena qaydalarına riayət etməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]