ÖLKƏNİN SU EHTİYATLARININ VƏZİYYƏTİYOXLANILMIŞDIR
Qeyd olunmuşdur ki, nazirliyin nəzdində yaradılan komissiya Abşeron yarımadasındakı göllərin ekoloji tədqiqatını, çirkli suları Xəzər dənizinə axıdan obyektlərin inventarlaşdırılmasını keçirmiş, ən çirkli ərazilərin xəritəsini tərtib etmişdir. Bildirilmişdir ki, su ehtiyatlarından səmərəsiz istifadə edilməsinin və onların çirkləndirilməsinin əsas səbəbləri şəhərlərin və rayon mərkəzlərinin kanalizasiya sistemi ilə lazımınca təmin olunmaması və avadanlığın köhnəlməsidir. Nazirliyin müvafiq qurumları hesabat dövründə su qanunvericiliyini pozduqlarına görə 77 hüquqi və fiziki şəxsi 36037 min manat məbləğində cərimələmiş, su mənbələrini normadan artıq çirkləndirdiklərinə görə 18 təşkilat və müəssisəyə qarşı üst-üstə 263603 min manat məbləğində iddia qaldırmışdır.
İclasda deyilmişdir ki, radiasiya fonunun səviyyəsini müəyyənləşdirmək üçün milli monitorinq departamentinin ilin birinci yarısında apardığı tədqiqatlar bu qurumun buraxdığı gündəlik bülletendə öz əksini tapmışdır. Departamentin mütəxəssisləri ölkənin heyvanat aləminin, onun ayrı-ayrı növlərinin yayılma areallarının monitorinqini də keçirmişlər.
Müzakirələrin yekununa əsasən qərar qəbul edilmişdir.