Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən hüquqi-maarifləndirici tədbirlər keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən ölkəmizdə elan edilmiş “Uşaq hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Uşaq Hüquqlarının qorunması” mövzusunda, həmçinin Gəncə şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhəri 3 saylı Körpələr Evi Uşaq Bağçasında 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş hüquqi-maarifləndirici tədbirlər keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov müvəkkilin uşaq hüquqlarının müdafiəsi və təşviqinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb, bu istiqamətdə təsisat tərəfindən görülən işlər barəsində danışıb.