Azərbaycan Dövlət İnformasiya Agentliyi

ONA MÜQƏDDƏS İŞ - İNSAN HÜQUQULARININ MÜDAFİƏSİ ETİBAR EDİLMİŞDİR

Artıq neçə illərdir ki, ölkəmizin vətəndaşları çoxlarına tanış olmayan, bir qədər qeyri-adi səslənən “ombudsman” sözünü eşidəndə məşhur alim, Azərbaycanda qadın hərəkatının lideri kimi də tanınan Elmira xanım Süleymanovanı xəyallarına gətirirlər. 2002-ci ilin iyul ayında Azərbaycanda ombudsman, yəni insan hüquqları üzrə müvəkkil insitutu təsis edilməsi haqqında Konstitusiya Qanunu qəbul ediləndən yarım il sonra Azərbaycan Respublikası Milli Məclisinin iclasında heç də asan olmayan bu vəzifəyə məhz Elmira Süleymanova seçilmişdir.

Əslində, yeni vəzifəsi ilə əlaqədar görməli olduğu işlərin əhatə dairəsi Elmira xanıma kifayət qədər tanış idi. Axı o, hələ elmi işlə yanaşı, həm də ictimai fəaliyyətlə məşğul olarkən insan hüquqlarının, ilk növbədə, qadın və uşaq hüquqlarının müdafiəçisi kimi də çıxış etmiş və həmişə də uğurlar qazanmışdır. Yadımdadır, AZƏRTAC da onun bu fədakar işinin nəticələri barədə mətbuat səhifələrində dəfələrlə məlumat vermişdi. Buna görə də Azərbaycanda ilk ombudsmanın məhz Elmira Süleymanova olması heç kəsi təəccübləndirmədi.

Açığını deyim ki, Elmira xanımın hadisələrlə zəngin həyatı barədə söhbət açmaq fikrinə düşəndə xeyli götür-qoy etdim ki, nədən başlayım. Neft kimyası sahəsində elmlər doktoru, professor Elmira Süleymanovanın elmi uğurlarındanmı, faydalı ictimai işlərindənmi, yoxsa, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin iştirak etdiyi beynəlxalq müqavilələrdə müəyyən edilmiş insan hüquqları və azadlıqlarının qorunması kimi məsul vəzifəyə özünəməxsus bir həvəslə girişməsindən, insanların taleyi ilə bağlı məsələləri necə həll etməsindənmi?

Sonra qərara gəldim ki, Elmira Sülemanovaya həsr edilmiş “Bir həyatda üç ömür” adlı kitabın müəllifləri Zemfira Məhərrəmli və Sabir Gəncəli kimi, mən də öz qəhrəmanımın bütün maraq dairələrinə qısaca da olsa toxunmalıyam. Məncə bu, daha düzgündür: neftdən praktik əhəmiyyətli bir sıra məhsulların alınması proseslərinin elmi əsaslarının işlənib hazırlanmasına yönəlmiş dərin fundamental tədqiqatlar aparmağa qabil olduğunu göstərmiş, bu məhsulların çoxunu istehsalatda tətbiq etmiş Elmira xanım insan hüquqlarının müdafiəsi məsələsinə də xüsusi metodologiyaya malik olan və hökmən müsbət nəticə verən bir elm kimi yanaşır.

Hər bir məsələnin həllinə yüksək peşəkarlıqdan və zəngin yaradıcı potensialdan irəli gələn bu cür yanaşma onun həm səmərəli elmi araşdırmalar aparmasına, həm də insan hüquqlarının və mənafelərinin müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərməsinə kömək edir. Heç də təsadüfi deyil ki, Elmira xanımın təqribən 15 il bundan əvvəl yaratdığı “Qadın və inkişaf” qeyri-hökumət təşkilatı ölkəmizdə fəaliyyətdə olan yeganə QHT-dir ki, təsis ediləndən az sonra BMT-nin İqtisadi və Sosial İnkişaf Məsələləri Şurası ona xüsusi məşvərətçi statusu vermişdir.

Lakin əvvəlcə Elmira xanımın elmi fəaliyyətinə nəzər salaq. Təfsilata varmayacağam və yuxarıda deyilənlərə yalnız bunu əlavə etmək istəyirəm ki, neft kimyası sintezi sahəsində tanınmış mütəxəssis olan Yusif Məmmədəliyev, Soltan Mehdiyev, Murtuza Nağıyev kimi böyük müəllimlərinin adına layiq olduğunu göstərmiş Elmira xanımın işlərinin çoxu ixtira səviyyəsində olmuşdur, yəni onun işləyib hazırladığı proseslər və texnologiyalar əcnəbi istehlakçılar üçün maraq doğura bilər və doğurur. Onu da deyək ki, professor Süleymanova elmdə bu sahə ilə məşğul olanlarla yaradıcılıq əlaqəsi və işgüzar ünsiyyət saxlayır, neft kimyaçılarının müxtəlif ölkələrdə keçirilən konfranslarında, simpoziumlarında iştirak edir və bu tədbirlərdə tez-tez maraqlı məruzələrlə çıxış edir. Bir sözlə, istedadlı həmvətənimizi ölkəmizdən kənarda da yaxşı tanıyırlar.

Ancaq insan hüquqlarının müdafiəsi kimi müqəddəs iş son illərdə Elmira Süleymanovanın həyatında bəlkə də ən mühüm yer tutur. Elmdə olduğu kimi, bu sahədə də onun vətəndaş mövqeyi özünü göstərir.

İnsanları dinləməyi, onların köməyinə gəlməyi bacaran Elmira xanım ölkəmizdə qadın hərəkatının inkişafına, uşaq hüquqlarının müdafiəsi məsələlərinə çox böyük qüvvə və enerji sərf etmişdir.

Hələ ötən əsrin 80-ci illərində bu hərəkatın ən nüfuzlu xadimlərindən birinə, onun liderinə çevrilmiş Elmira xanıma xas olan mübariz keyfiyyətlər onun məqalələrində, televiziya ilə çıxışlarında öz əksini tapırdı. O, həqiqəti cəsarətlə və inandırıcı tərzdə müdafiə edirdi. Bir sözlə, qadın və uşaq hüquqları onun şəxsində etibarlı müdafiəçisini tapmışdı. Onun bütün yorulmaz fəaliyyəti həmişə hansısa konkret işlərə çevrilirdi. Elmira Süleymanovanın səyi ilə təşkil edilmiş daha bir qurum - ahıl qadınlar üçün Azərbaycanda ilk resurs mərkəzi hələ də fəaliyyət göstərir. “Uşaqdan-uşağa” adlı uşaq sülhyaratma şəbəkəsi, uşaqlar üçün liderlik məktəbi, eləcə də uşaq hüquqları sahəsində işləyən 60-dan çox qadın və gənclər təşkilatını birləşdirən QHT-lər Alyansı da onun zəhmətinin bəhrəsidir.

Müdafiəyə və qayğıya ehtiyacı olan uşaqlar ombudsmanı narahat edən ən əsas məsələlərdən biridir. Azərbaycanın gənc vətəndaşlarının hüquq və mənafeləri uğrunda mübarizə aparan, uzun müddət MDB, Şərqi Avropa və Baltikyanı ölkələr regionunda uşaq hüquqları üzrə milli əlaqələndirici olmuş Elmira Süleymanova, sözün həqiqi mənasında, hər bir uşağın köməyinə çatır. Bunu təsdiq edən onlarca fakt göstərmək olar - Elmira xanıma ünvanlanmış təşəkkür məktublarının çoxu bu barədədir. Məhz Süleymanovanın sayəsində Müvəkkillik yanında YUNİSEF-in Uşaq Hüquqları Mərkəzi təsis edilmişdir. Elmira xanımın gənc nəslə aid bütün məsələlərə bu cür münasibəti onu tanıyanları əsla təəccübləndirmir. Axı o, özü də övladlarını ürəkdən sevən qayğıkeş ana və nənədir.

Ölkəmiz müstəqillik əldə edəndən sonra yeni təkan, yeni nəfəs almış qadın hərəkatının liderinin fədakar işi son illərdə daha da genişlənmişdir. Təkcə bu günümüz barədə deyil, uşaqlarımızın və nəvələrimizin gələcəyi barədə də fikirləşən Elmira Süleymanova Vətənimiz haqqında, Azərbaycanın üzləşdiyi qanlı hadisələr barədə, elan edilməmiş müharibə nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması, çoxsaylı əsirlər, girovlar, itkin düşənlər, qaçqınlar və məcburi köçkünlər haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni edir. O, hər yerdə, istənilən auditoriya qarşısında özünə xas olan coşğunluqla, inandırıcı dəlillərlə çıxış edir, xalqımızın və ölkəmizin bədxahlarına layiqincə cavab verir. Bir dəfə Haaqada, “Sülhə çağırış” mövzusunda Ümumdünya forumunda onun ingilis dilində necə gözəl çıxış etməsinin mən də şahidi olmuşam. Salonda bizimlə yanaşı əyləşən, dünyanın bir sıra ölkələrini təmsil edən insanların çöhrəsində ağrı-acılarımızı bölüşməyə, bizi dəstəkləməyə hazır olmalarının ifadəsini görmüşəm. Axı həmvətənimiz inandırıcı şəkildə bəhs etdiyi hadisələrin hamısını öz gözləri ilə görmüşdür. O, cəbhənin ön xəttində döyüşçülərlə, erməni təcavüzünün qurbanları ilə şəxsən görüşüb söhbət etmişdir.

Amma hər halda, öz dinləyicilərinin qəlbinə yol tapmağı heç də hamı bacarmır. Xoşbəxtlikdən, bizim ombudsmanda bu keyfiyyət Allah vergisidir. Buna görə də alim, qadın hərəkatının lilderi, insan hüquqlarının müdafiəçisi Elmira Süleymanovanın ən müxtəlif kürsülərdən eşidilən səsi həmişə elm və ictimai-siyasi dairələrdə nüfuz sahibinin, zəngin həyat təcrübəsinə malik olan, insanların etimadını qazanmış peşəkarın səsi olmuşdur. Elmira xanım dünyanın 80-ə yaxın ölkəsində keçirilmiş 300-dək beynəlxalq konfransda, bir sıra beynəlxalq təşkilatların forumlarında, müxtəlif simpoziumlarda, iclaslarda ölkəmizi layiqincə təmsil etmişdir.

Ona gələn məktubların birində deyilir: Elmira xanım, siz öz həyatınızı yüksək mənəviyyat prinsipləri əsasında qurmusunuz. Həyatda hər şey məntiqi ardıcıllıqla gedir. Buna isə yalnız möhkəm əqidə sayəsində nail olmaq mümkündür.

Məncə, bu məktubun müəllifi haqlıdır. Axı Elmira Süleymanova həqiqətən qətiyyətli, məqsədyönlü, mətin və əzmkar insandır. Bunu vaxtilə 134 nömrəli məktəbdə onunla bir sinifdə oxuyan rəfiqələri də yaxşı xatırlayırlar. O, məktəbdə də, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi olduğu illərdə də öz qabiliyyəti ilə başqalarından fərqlənirdi. Həyatının yarım əsrini həsr etdiyi Yusif Məmmədəliyev adına Elmi-Tədqiqat Neft Kimyası Prosesləri İnstitutunda da bunu xatırlayırlar. Bu instituta gənc mütəxəssis kimi gəlmiş Elmira xanım sonralar burada namizədlik, doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Onu yaxından tanıyanların dediyinə görə, bütün bu keyfiyyətlərin əsası onun doğulub boya-başa çatdığı ailədə qoyulmuşdur. Burada ona insanlara məhəbbət hissi aşılanmış, öz qəlbinin hərarətini onlarla bölüşməyi öyrətmişlər. Bəlkə də, elə buna görə də həyat onu insan talelərinin etibar olunduğu kəslər sırasına çıxarmışdır.

Elmira xanımın ombudsman vəzifəsində işlədiyi dövr onun hadisələrlə zəngin bioqrafiyasında xüsusi yer tutur. O, gənc mütəxəssislərdən ibarət səmimi, yüksək peşəkarlığı ilə seçilən bir komanda yaratmışdır və onlarla birlikdə müstəqil ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi üçün çox iş görür. Təmənnasız fəaliyyət isə heç vaxt, insanın öz vətənində də, dünyada da nəzərdən qaçmır. Elmira xanımın təltifləri çoxdur. Məsələn o, təqlid edilmək üçün nümunə sayıla biləcək 100 qadından biri, Nobel sülh mükafatına təqdim edilmiş sülh uğrunda mübarizlər sırasında ən çox fərqlənən 1000 nəfərdən, XXI əsr ziyalılarının ən layiqli nümayəndələrindən biridir.

Deyirlər, başqalarını özündən də çox sevən, onlara ürəkdən kömək edən insanların adı tarixə düşməyə layiqdir. Ölkəmizin ombudsmanı, vətəndaşların hüquq və mənafeləri uğrunda mübarizə aparan, daim haqqı, ədaləti və insan ləyaqətini müdafiə edən Elmira Süleymanovanı yaxından tanıyanlar onu məhz belə insanlar sırasına aid edirlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq

Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır

BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

İran xam neft ixracına başlayıb

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ

AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək

“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər

Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır

Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq

Qlobal enerji böhranı və Azərbaycanın etibarlı resurs potensialı - ŞƏRH

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib VİDEO

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib