Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onlar Vətən eşqini hər şeydən, hətta həyat sevgisindən də üstün tutdular... ŞƏRH

Onlar Vətən eşqini hər şeydən, hətta həyat sevgisindən də üstün tutdular...  ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü hər bir azərbaycanlı üçün əlamətdardır, and yerimiz olan qəhrəman şəhidlərimizi qürur, fəxarət və dərin ehtiramla anırıq. Onlar şanı və şöhrəti dünyanı bürüyən, minilliklərə söykənən qədim tariximizin ən böyük Qələbəsi - Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsinin rəmzləridir. Möhtəşəm Zəfər yolunun başlanğıcı olan 27 sentyabr həm də milli iradənin, dəyişməz və qətiyyətli mövqeyin dünyaya nümayişi kimi, Azərbaycan tarixində əbədi qalacaqdır. Xalqımızın igid, cəsur oğlanları yüksək qələbə əzmi ilə bu müqəddəs yola çıxarkən yaxşı bilirdilər ki, ölüm də istisna deyil. Amma onlar Vətən eşqini hər şeydən, hətta həyat sevgisindən də üstün tutdular. Şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillərə böyük örnək oldular və göstərdilər ki, bizim üçün ana yurd ən müqəddəs dəyərdir. Bəyan etdilər ki, əgər mövzu Azərbaycandırsa, dövlətdirsə, müstəqillikdirsə, torpaqdırsa o zaman ölüm də bizi qorxuda bilməz. Onlar ölkəmizin hər yerində üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması, xalqımızın məsud və xoşbəxt yaşaması üçün canlarından keçdilər. Vətən üçün yaşamaq, azad və suveren dövlətə sahib olmaq, onun ətrafında möhkəm birləşmək bizə ata-babalarımızın - Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin, Heydər Əliyevin yadigar qoyduğu dəyərlərdir. Gələcək nəsillər də doğma Azərbaycanımızın hər zaman var olması üçün mütləq bu yolla getməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elə bir mühit formalaşdı ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə aldılar, onların elmli, bilikli, sağlam yetişməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldı. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətimizin əsas aparıcı hissəsi olan gənclərimiz ən ali və çətin missiyanı misilsiz Qələbə ilə başa çatdırdılar, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımının qisasını döyüş meydanında layiqincə alaraq onların ruhunu şad etdilər. Kişi kimi döyüşdülər, düşmən də olsa, qadını, uşağı, qocanı, mülki şəxsləri və obyektləri hədəfə almadılar, yalnız əli silahlı təcavüzkar ordu ilə vuruşdular. Tarixdən bildiyimiz kimi, müharibənin öz qanunları var, bəzən geri çəkilmələr, müxtəlif istiqamətlərdə uğursuzluqlar da yaşana bilir. Amma Azərbaycanın torpaqları azad etmə planı elə mükəmməl hazırlanmışdı ki, eyni zamanda, əsgər və zabitlərimizdə döyüş ruhu o qədər yüksək idi ki, yenilməz Ordumuz ancaq irəli gedirdi, atdıqları hər bir addım, həyata keçirdikləri bütün əməliyyatlar qələbə ilə yekunlaşırdı. Bir nəfər də olsun Azərbaycan Ordusunda fərari olmadı, hamı döyüşə və qələbəyə, Böyük Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin əmrini uğurla icra etməyə köklənmişdi. Təcavüzkar erməni ordusunun isə düşdüyü rəzil durum bu gün də dünyada gülüş mövzusudur, düşmən cəbhəsində fərarilik halları baş alıb gedirdi, əsgər və zabitləri döyüş meydanında silahı atıb qaçırdılar. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətini, Azərbaycan Ordusunun qüdrətini göstərir.

“Təbii ki, Anım Günündə şəhid olmuş Vətən övladlarının ata-analarını, həyat yoldaşlarını və yaxınlarını xatırlamaya bilmərik. Valideynlər öz övladlarını böyük şövqlə, qələbə həvəsi ilə cəbhəyə yola salırdılar. Onlar yalnız nəyin bahasına olursa-olsun torpaqlarımızın azad edilməsi haqqında düşünürdülər və çox nikbin idilər. Bilirdilər ki, böyütdükləri, tərbiyə verdikləri övladları düşməni ərazilərimizdən qovacaq və Vətənimizin bütövlüyünü təmin edəcəklər. Şəhidlərimizin dəfn mərasimində analar, atalar qamətini əymədi, başlarını dik tutdular və övladlarının cənazəsini qürurla qarşıladılar. Həlak olan əsgər və zabitlərin xanımları da eyni ruhda idilər, hətta tabutları öz çiyinlərində daşıyan vəfalı həyat yoldaşlarını gördük. Vətəndaşlarımız dəstə-dəstə şəhidlərin dəfninə tələsirdi, hamı tək ürək olmuşdu, dəmir yumruq kimi birləşmişdi. Sözsüz ki, parlaq Qələbənin əsas təminatçısı da məhz bu sarsılmaz birlikdir”, - deyə AHİK sədri qeyd edib.

“Qəhrəman Vətən övladlarının rəşadəti sayəsində işğala son qoyaraq özünün ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan bu gün inkişafının yeni mərhələsindədir. Təbii ki, bu mərhələdə də dövlətimizi və xalqımızı daha böyük qələbələr gözləyir. Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən Prezident İlham Əliyev dövlətimizin gələcək planlarından danışarkən hərbi güc amilini ön plana çəkdi. Məlumdur ki, dünyada gərgin anlar, çətin proseslər yaşanır, ağır müharibələr davam edir. Azərbaycan Prezidentinin fikirləri ilə ifadə etsək, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Buna heç məhəl qoyan da yoxdur. Biz 30 il davam etmiş işğal dövründə beynəlxalq hüququn əhəmiyyətsiz olduğunu öz həyatımızda yaşadıq, kağız üzərində qalan BMT qətnamələrini gördük. Odur ki, güclü olmaq, müstəqilliyi, ərazi bütövlüyünü qorumaq üçün hərbi gücün artırılması əsas amildir. Prezidentimizin dediyi kimi, Ermənistanda revanşist qüvvələr də baş qaldırır. Təbii ki, güclü və yenilməz Azərbaycan Ordusunun qarşısında onların bütün arzuları boş xəyaldan o tərəfə getməyəcək. Vətən müharibəsi və antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərə yol verməmək üçün qalib dövlətlə razılaşmaq ən düzgün çıxış yoludur. Prezident İlham Əliyev çıxışında, həmçinin Minsk qrupu ilə bağlı fikirlərini də səsləndirdi. Hesab edirəm ki, bəlkə də, dünyada Minsk qrupu kimi əhəmiyyətsiz bir qurum olmayıb. Çünki uzun illər öhdəsinə götürdüyü vəzifələrdən yayındı, məqsədli şəkildə münaqişəni uzatmaqla məşğul idi. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində Minsk qrupunun formal olaraq saxlanılması siyasi həyadan çox-çox uzaqdır”, - deyən Sahib Məmmədov fikrini tamamlayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq