Onlayn musiqi müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsinin və Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarını, yaradıcılıq potensiallarını üzə çıxarmaq məqsədilə reallaşdırılan onlayn musiqi müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, 15 iyun - Milli Qurtuluş Gününə həsr edilən görüşdə qaliblər Salyan Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.