İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106018887 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 AZN (13 faiz) və 101.8441 AZN (6.81 faiz) olan 36 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.4665 AZN (6.95 faiz), orta ölçülmüş qiyməti 101.4971 AZN (6.9386 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 297 milyon 241 min 200 manat, yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il mayın 28-də ödəniləcək. Hərrac iştirakçıları iyunun 2-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.