Ötən ay əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 214,6 milyon manatlıq əməliyyat aparıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
Avqustda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 214,6 milyon manat təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsilə 1,5 milyard manatlıq əməliyyat aparıblar.