Ötən ay elektrik enerjisindən istifadənin araşdırılması məqsədilə 64 nəzarət tədbiri görülüb
Bakı, 8 oktyabr, AZƏRTAC
Sentyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 64 nəzarət tədbiri aparıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 49 nəzarət tədbiri görülüb.