Ötən il Dağıstan məmurlarının 2 milyard rublluq aktivləri müsadirə olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Korrupsiya üzrə mübarizə çərçivəsində ötən il dağıstanlı məmurlardan ümumi dəyəri 2 milyard rubldan çox olan əmlak müsadirə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu respublikanın prokuroru Denis Popov bildirib. “Qırxdan çox yüksək vəzifəli şəxs və böyük dövlət müəssisələrinin rəhbərləri barəsində rezonans doğuran cinayət işləri təhqiq edilir”, - deyə ötən il ərzində görülən işlərin nəticələrinə həsr olunmuş kollegiyada çıxış edən Popov bildirib.
Onun sözlərinə görə, yüksək vəzifəli məmurların təşkil etdiyi cinayətkar qruplara deputatlar da cəlb olunub.
Xatırladaq ki, Vladimir Vasilyev regionun rəhbəri təyin edildikdən sonra Dağıstanda məmurların kütləvi həbsləri başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]