Ötən il Şəmkirdə 43 min hektarda payızlıq və yazlıq bitkilər əkilib
Şəmkir, 1 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Şəmkir rayonunda bütün təsərrüfat kateqoriyaları üzrə 43010 hektarda payızlıq və yazlıq bitkilər əkilib. Bu da əvvəlki illə müqayisədə 1449 hektar və ya 3,5 faiz çoxdur. Keçən il ümumi əkin dövriyyəsinin 15161 hektarı və ya 35,2 faizi payızlıq əkinlərin, 27849 hektarı və ya 64,8 faizi isə yazlıq bitkilərin payına düşüb.
Şəmkir Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumi əkin sahəsinin 18430 hektarında payızlıq, yazlıq dənli və dənli paxlalılar əkilib.
Qeyd edilib ki, Şəmkir rayonundakı 16824 hektar taxıl sahəsindən ötən il 52749,7 ton məhsul yığılıb. Biçilən sahələrin 12811 hektarı buğda, 3863 hektarı arpa, 150 hektarı isə vələmir olub. Sahələrdən 41507 ton buğda, 10932,2 ton arpa, 310,5 ton isə vələmir istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]