Ötən təsərrüfat ilində Şəmkir rayonunda sahələrdən 116 min 306 ton kartof götürülüb
Şəmkir, 3 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən təsərrüfat ilində Şəmkir rayonunda 13 min 82 hektar sahədə kartof, bostan və tərəvəz (örtülü torpaqlarda əkilən tərəvəz də daxil olmaqla) əkilib.
Şəmkir Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin sahələrdə 6499 hektar kartof, 268 hektar bostan, 6315 hektar tərəvəz əkilib. Məhsuldarlıq ilində sahələrdən 116 min 306 ton kartof, 6175 ton qarpız, 230 min 17 ton tərəvəz məhsulu yığılıb.
Tərəvəz əkininin 5291 hektarı açıq, 1024 hektarı isə örtülü torpaqlarda aparılıb. Açıq əkin aparılmış torpaqlardan 106 min 203,9 ton, örtülü əkin aparılmış torpaqlardan isə 123 min 813,1 ton tərəvəz məhsulu yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]