Ötən üç ayda Göygöldə süni mayalanma yolu ilə 113 baş cins bala alınıb
Göygöl, 30 aprel, Rauf Hacıyev, AZƏRTAC
Göygöl rayonunda kənd təsərrüfatının heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq üçün bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə 50 faiz güzəştlə, lizinq yolu ilə satılmış cins mal-qaranın sayı son 4 ildə 174 başa çatdırılıb. Eyni zamanda 2018-ci ilin birinci rübündə inəklərdən süni mayalanma yolu ilə 113 baş cins bala alınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Göygöldə iribuynuzlu mal-qaranın sayı 20 min 484 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 349 başa çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il süd istehsalı 5,2 ton, ət istehsalı isə 473,7 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]