ÖZBƏKİSTAN XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
GUAM təşkilatına daxil olan ölkələrin Özbəkistandakı səfirləri Azərbaycanın Daşkənddəki səfirliyinin təşəbbüsü ilə ölkənin xarici işlər naziri Əbdüləziz Kamilovla görüş keçirmişlər. Görüşün əsas məqsədi rəsmi Daşkəndin GUAM təşkilatına daxil olan dövlətlərin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasında qəbul edilmiş sənədlərə münasibəti və iyulun 19-20-də Yaltada keçiriləcək GUAM ölkələri dövlət başçılarının zirvə görüşündə Özbəkistanın təmsil olunub-olunmamasını müəyyənləşdirmək idi.
Görüşün əvvəlində xarici işlər naziri səfirləri salamlamış və qeyd etmişdir ki, təşkilat çərçivəsində Özbəkistan Respublikasının fəaliyyətinin dayandırılması onsuz da möhkəm olan ikitərəfli əlaqələrin inkişafına mənfi təsir göstərməyəcəkdir.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov bildirmişdir ki, dost və qardaş münasibətlərimiz əvvəlki səviyyəsində qalacaq və biz bütün sahələrdə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik.
Əbdüləziz Kamilov bir daha qeyd etmişdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə ünvanlanan notada da deyildiyi kimi, Özbəkistan təşkilatdan çıxmamış, indiki mərhələdə fəaliyyətini dayandırmışdır. O, görüşün iştirakçılarını Özbəkistan Prezidenti İslam Kərimovun Ukrayna Prezidenti Leonid Kuçmaya ünvanladığı cavab məktubunun mətni ilə tanış etmişdir. Məktubda bildirilir ki, Özbəkistan indiki mərhələdə təşkilatın zirvə görüşündə iştirak etməyə hazır deyildir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]