Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin olunub
Bakı, 8 may, AZƏRTAC
Özbəkistanda növbədənkənar prezident seçkiləri 2023-cü il iyulun 9-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov özünün “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Prezident Şavkat Mirziyoyev müvafiq fərmanı bir qədər öncə imzalayıb.
Xatırladaq ki, aprelin 30-da Özbəkistan konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, namizədliyini bir daha irəli sürə biləcək.
Şavkat Mirziyoyev 2016-cı ilin dekabrından Özbəkistan prezidentidir. 2021-ci ilin oktyabrında ikinci müddətə ölkə Prezidenti seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]