ÖZBƏKİSTANDAKI SƏFİRİMİZ “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR
Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun fərmanı ilə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Aydın Əzimbəyov iki dövlət arasında dostluq əlaqələrinin inkişafındakı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə və anadan olmasının 70 illiyi münasibətilə “Dostluq” ordeni ilə təltif edilmişdir.
Səfirlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu münasibətlə keçirilən qəbulda Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov prezident İslam Kərimovun imzaladığı fərmanın mətnini oxumuş, Aydın Əzimbəyova gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.
Özbəkistan baş nazirinin birinci müavini Kazım Tulaqanov və baş nazirin müavini, Özbəkistan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Rüstəm Yunusov diplomatı təbrik etmiş, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində ona uğurlar diləmişlər.
Sonra qonaqlar səfirliyimizin Daşkənddə inşa edilən yeni binasının, habelə Azərbaycan mədəniyyət mərkəzinin və məscidin tikintisinin işin gedişi ilə tanış olmuşlar.
Tədbirlərdə Özbəkistan Prezidenti Aparatının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərləri, diasporumuzun tanınmış nümayəndələri iştirak etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]