ELM VƏ TƏHSİL
PALÇIQ VULKANININ PÜSKÜRMƏLƏRİNDƏ NEFTLİ SÜXURLARI TAPILMIŞDIR
Bakıdan 20 kilometr qərbdə yerləşən Bozdağ-Güzdək palçıq vulkanı bu günlərdə yenidən püskürmüşdür. Vulkan brekçiyasında xeyli neftli süxurlar və paleogen-miosen dövrünə aid yanar şistlər aşkar edilmişdir ki, bu da yerin təkində karbohidrogen yığınlarının olduğunu göstərir.
Milli Elmlər Akademiyası Geologiya İnstitutunun palçıq vulkanizmi laboratoriyasının rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Abşeron yarımadasının ən iri vulkanlarından biri sentyabrın 20-də püskürmüşdür. Bu proses 2 saatlıq fasilələrlə uzun müddət davam etmişdir. Qaz püskürməsi müşahidə olunmamışdır. Vulkan brekçiyası 20-25 metr hündürlüyə qalxaraq, ətrafda 10 hektardan artıq ərazini örtmüşdür.
Hazırda institutun laboratoriyasında brekçiya nümunələri tədqiq olunur.