PARLAMENT QİYMƏT SİYASƏTİ HAQQINDA QANUN LAYİHƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR
Aprelin 5-də Milli Məclisin növbəti iclası olmuşdur. Parlamentin başçısı Murtuz Ələsgərovun sədrliyi ilə keçən iclas “Qiymət siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsi ilə başlandı.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov deputatları qızğın diskussiyaya səbəb olan qanun layihəsinin əsas müddəaları ilə tanış etdi. O, strateji əhəmiyyətli bəzi malların qiymətlərinin tənzimlənməsinin vacibliyini bildirərək, hökumətin qiymət siyasətinin qanunvericilik bazasının yaradılmasının zəruriliyini vurğuladi. Bəzi deputatlar layihənin qəbul edilməsinin əleyhinə çıxaraq, onun bazar iqtisadiyyatının prinsiplərinə zidd olduğunu bildirdilər. Bu sənədi “Qiymətlər haqqında” Qanun adlandırmaq təklifləri də səsləndi. Həmin təklifi irəli sürənlərin fikrincə, bu, hökumətin qiymət inhisarını aradan qaldırmağa kömək edərdi. Bəzi deputatlar həmin sənəd qüvvəyə mindikdən sonra yarana biləcək ayrıca qurumun əleyhinə çıxdılar.
Layihə ətraflı müzakirədən sonra birinci oxunuşda qəbul edildi, parlamentin müvafiq komissiyasına deputataların təklif və qeydləri nəzərə alınmaqla onu təkmilləşdirmək tapşırıldı.
İş gününün ikinci yarısında deputatlar “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar /kollegial orqan/ haqqında” Əsasnaməni nəzərdən keçirdilər. Bu məsələ barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası sədrinin müavini Əli Hüseynov çıxış etdi. O bildirdi ki, sənədin son variantında parlament üzvlərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının təklif və qeydləri nəzərə alınmışdır.
Deputatlar həmin sənədlə əlaqədar müvafiq qərar qəbul etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]