PAYIZ VƏ QIŞ MÖVSÜMÜNDƏ ƏHALİNİN TƏBİİ QAZLA TƏMİNATINDA CİDDİ PROBLEMLƏR GÖZLƏNİLMİR
AZƏRTAC xəbər verir ki, bu il payız və qış mövsümündə əhalinin təbii qazla təminatında ciddi problemlər gözlənilmir.
“Azəriqaz” QSC-dən bildirmişlər ki, bu il əhaliyə satılacaq təbii qazın həcmi xeyli artırılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Bakıətrafı qəsəbələrin qazla təminatı üçün 400 kilometrlik yeni xətlər çəkiləcək, uzun müddət istismar olunan kəmərlərdə isə yenidənqurma işləri aparılacaqdır. Qəsəbələrin qazla təminatı layihəsi ilin sonunadək başa çatdırılacaqdır.
Səhmdar Cəmiyyətindən onu da bildirmişlər ki, ilin əvvəlində qaz pulunun yığımı ilə əlaqədar problemlər də artıq aradan qalxır. Belə ki, ilin əvvəlində əhali tərəfindən istehlak edilən qazın dəyərinin 35-40 faizi ödənilmişdisə, ilin ortasında bu rəqəm 93 faizə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]