Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır
Bakı, 24 avqust, AZƏRTAC
Paytaxt Bakıda rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə genişmiqyaslı yol təmiri proqramı icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, artıq 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir.
Proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub.
Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılacaq.