CƏMİYYƏT
Paytaxtda daş hasarın uçması bir nəfərin ölümü ilə nəticələnmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 9-da Xətai rayonundakı M.Hadi küçəsində Bakı şəhər sakini Lətif Həbibliyə məxsus ofisin hasarının uçması nəticəsində orada tikinti işləri aparan 40-45 yaşlı kişi daşların altında qalaraq dünyasını dəyişmişdir.
Salyan rayonunun Qarabağlı kənd sakini Fərhad Vəliyevə məxsus tikintidə işləyən kənd sakini Elxan Hacıyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Sabirabad rayon sakini Elnur Xəlilov bu rayonun ərazisindəki elektrik yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.