Paytaxtın metallurgiya sənayesində 39,3 faiz artım müşahidə edilib
Bakı, 11 may, AZƏRTAC
Yanvar-mart aylarında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 113,8 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,6 dəfə, metallurgiya sənayesində isə 39,3 faiz artım deməkdir.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuq, mil və profillər 60,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabel istehsalı 6,4 dəfə, metalların üst təbəqəsinin emalı üzrə xidmətlər 6,0 dəfə, armatur istehsalı 34,3 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 46,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]