İQTİSADİYYAT
Paytaxtın Zirə qəsəbəsində sahibkarların qaz təchizatına dair müraciətləri qeydə alınıb
Bakı, 8 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin sayca 166-cı “Açıq mikrofon” aksiyası keçirilir. Bunların 42-si sahibkarlarla görüş olub. “Azəriqaz” səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcək.
İB-dən AZƏRTAC-a bildirilib ki, bunu qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov paytaxtın Zirə qəsəbəsində baş tutan səyyar qəbul otağında sahibkarlarla görüşü zamanı bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.
Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Zirə qəsəbəsində də sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib.
“Açıq mikrofon” aksiyasına qatılan 10-dan çox sahibkar müraciətini səsləndirib. Sahibkarlardan biri ona məxsus obyektin sayğacının nasaz olduğunu və bu səbəbdən sayğacın üzərindəki göstəricilərdən razı qalmadığını bildirib. Digər sahibkarların müraciəti isə debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı olub.
Aksiyada səsləndirilən bəzi problemlərin baxılmasına qərar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]