Pedaqoji Universitetin kollektivi İkinci Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət edib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisasının müəllim və tələbə kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Universitet kollektivi Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbir diləyiblər.
Ziyarət zamanı universitetin Vətən müharibəsində şəhid olan və İkinci Fəxri xiyabanda dəfn olunan tələbə və məzunlarının da məzarları ziyarət edilib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.