Pekində yoluxmalara görə 18 məktəb bağlanıb
Pekin, 2 noyabr, AZƏRTAC
Çin paytaxtında son günlər aşkarlanan COVID-19 yoluxma hallarına görə 18 məktəbdə yerində dərslər dayandırılıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, sözü gedən məktəblərin 16-sı Pekinin şimal hissəsindəki Çanpin rayonunda əhalinin sıx məskunlaşdığı bir neçə məhəllədə yerləşir. Hazırda Çanpin rayonunda bir yüksək riskli zona, 2 orta riskli zona var. Həmin zonaların sakinləri kütləvi formada koronavirus testindən keçirilir. Ərazidə bütün iş yerləri bağlanıb. Digər 2 məktəb isə paytaxtın əsas rayonlarından olan Çaoyandadır. Bir neçə şagirdin ailə üzvünün virusa yoluxması aşkarlandıqdan sonra həmin məktəblərdə dərslər dayandırılıb, bütün şagird və müəllimlər koronavirus testindən keçirilib.
Rayon rəhbərinin müavini Yan Rençüən bildirib ki, oktyabrın 16-dan bəri rayonda 30 yoluxma aşkarlanıb. Yoluxanlarla yaxın təmasda olmuş 4 min 508 sakin karantinə cəlb olunub.
Qeyd edək ki, hazırkı dalğada paytaxt Pekində 35 yoluxma aşkarlanıb. Paytaxtın səlahiyyətli qurumları gücləndirilmiş rejimdə çalışır. Hökumət 20 milyondan çox əhalisi olan Pekində yoluxmaların çoxalmasından və nəzarətdən çıxmasından narahatdır. Çünki qarşıda “Pekin-2022” Qış Olimpiya Oyunları var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]