PİTER BURHARD ATƏT-İN BAKI OFİSİNİN FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard Vyanada ATƏT Katibliyinin mətbuat xidmətinin əməkdaşı Aleksandr Nitsşe ilə müsahibəsində bildirmişdir ki, ATƏT Azərbaycanda ilbəil məşhurlaşır. O demişdir ki, başçılıq etdiyi ofis Azərbaycanda müxtəlif layihələr həyata keçirməklə yanaşı, ölkənin hökumət strukturları ilə də sıx əlaqə saxlayır.
Burhard nəzərə çarpdırmışdır ki, ATƏT-in ən mühüm strukturlarından biri - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bir sıra layihələri, o cümlədən Azərbaycan sərhədçilərinin Polşa Sərhədçilər Akademiyasında təliminə dair on aylıq proqramı, Azərbaycanda ombudsman təsisatı yaradılmasına kömək layihəsini uğurla başa çatdırmışdır. Bu təsisatın dəstəklənməsi 2003-cü ildə də Bakı ofisi üçün öncül əhəmiyyətli məsələ olacaqdır.
Cari ilin üstün əhəmiyyətli məsələlərindən biri də qanunsuz miqrasiya ilə mübarizədir. ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələ üzərində birgə işləməyə başlayacaqdır.
Piter Burhard müsahibəsinin sonunda onu da bildirmişdir ki, o, hökumət strukturlarının və ictimaiyyətin nümayəndələri ilə hər görüşündə Dağlıq Qarabağla bağlı problemin həll edilməsi məsələsində ATƏT-in ünvanına tənqidlər eşidir. ATƏT-in Bakı ofisinin rəhbəri demişdir: “Onlar bizdən daha böyük fəallıq gözləyirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]