POLİS GÜNÜ OĞUZDA DA QEYD OLUNMUŞDUR
İyulun 2-də Oğuz rayon mədəniyyət evində Azərbaycan polisinin yaranmasının 90 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsinin önünə əklil qoymuş, gül-çiçək düzmüşlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov Azərbaycan polisinin tarixinin 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi müdafiə dəstələrinin yaradılmasından başlandığını bildirmiş, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə aparılmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulamışdır.
Natiq bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə iyulun 2-si ölkəmizdə Polis günü elan olunmuş, milli dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirilmişdir.
Rayonun polis işçilərini peşə bayramı münasibətilə təbrik edən natiq son illər respublikamızda daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, sosial təminatının gücləndirilməsi sahəsində mühüm addımların atıldığını bildirmişdir.
Tədbirdə rayon polis şöbəsi rəisinin müavini, polkovnik-leytenant Abduləziz Əsədov Azərbaycan polisinin keçdiyi şərəfli yol barədə geniş məruzə etmişdir.
Toplantıda çıxış edən polis işçiləri Azərbaycan Prezidentinin sərəncamları ilə daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının aylıq pul təminatının, bu orqanlarda çalışan mülki işçilərin aylıq əmək haqlarının artırılmasını, habelə xidmətdə fərqlənənlərə orden və medalların, fəxri adların, ali xüsusi rütbələrin verilməsini yüksək qiymətləndirmiş, bu qayğıya əməli işləri ilə cavab verəcəklərini, cinayətkarlığa qarşı mübarizə sahəsində uğurla fəaliyyət göstərəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]