Polşa radiosu Azərbaycan barədə veriliş hazırlayıb
Varşava, 30 mart, AZƏRTAC
Polşanın “Polskie radio 24” kanalında Azərbaycanda fəaliyyət göstərmiş polyaklar barədə veriliş hazırlanıb.
AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda polyak izləri” adlı verilişdə 120 il əvvəl Bakıda neft emalının başlanması ilə bağlı oraya işləməyə gedən polşalı mütəxəssislərdən bəhs olunub.
Mixail Fedusionun verilişində Azərbaycan və dünyada neft emalında inqilab yaradan polşalı mütəxəssis Vitold Zqleniski barədə danışılıb. Bildirilib ki, mühəndis dünyada ilk dəfə olaraq məhz Bakıda dənizdə neft platforması vasitəsilə neftin çıxarılması layihəsinin müəllifidir. Verilişdə, həmçinin Azərbaycanın neft sahəsindəki uğurları və iqtisadi inkişafı ilə bağlı müsbət fikirlər səsləndirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:29]
Yunanıstan səfiri “ASAN xidmət”də
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 11.06.2026 [12:23]
Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO
- 11.06.2026 [12:12]
Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək
- 11.06.2026 [12:00]