Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

İspaniya və Portuqaliyadan sonra Avropada ən böyük yaşıl enerji potensialı Azərbaycanın payına düşür

Bakı, 11 iyun, AZƏRTAC

Beynəlxalq hüquq, təhlükəsizlik və enerji siyasəti üzrə ixtisaslaşmış ekspert, Macarıstanda fəaliyyət göstərən Dunay İnstitutunun baş tədqiqatçısı Fərid Şükürlü “Bakı Enerji Həftəsi”nin əhəmiyyəti, Azərbaycanın qlobal enerji siyasətində rolu barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qlobal iqtisadi inteqrasiyanın dərinləşdiyi, enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi və geoiqtisadi əməkdaşlıq məsələlərinin ön plana çıxdığı bir dövrdə ölkəmizdə təşkil olunan “Bakı Enerji Həftəsi”nin əhəmiyyətini necə səciyyələndirmək mümkündür?

- Azərbaycan artıq hər il enerji sahəsində müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edir və dünyanın enerji təhlükəsizliyi sahəsində ixtisaslaşmış ekspertlərini öz ölkəsində qəbul edir. Bu amil Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də beynəlxalq arenada enerji transformasiyası və təhlükəsizliyi sahəsində lider ölkələrdən birinə çevrildiyini göstərir. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan bir çox dünya liderlərinin diqqətini cəlb edən ölkəyə çevrilib. Buna misal kimi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında həyata keçirilən yeni enerji layihələrini göstərmək olar. Xüsusilə BƏƏ-nin milli neft şirkəti ADNOC, beynəlxalq enerji investisiya şirkəti XRG və “Masdar” kimi nəhənglərin son üç ildə Azərbaycana yatırdığı investisiyalar ölkəmizin həm Körfəz ölkələri, həm də enerji baxımından strateji əhəmiyyət daşıyan regionlarda artan müsbət nüfuzunun göstəricisidir.

Ən nəzərəçarpan məqamlardan biri “Bakı Enerji Həftəsi” fonunda tarixdə ilk dəfə Azərbaycan-ABŞ Enerji Dialoqunun baş tutması idi. ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılığı ilə Amerika nümayəndə heyətinin “Bakı Enerji Həftəsi”ndə iştirakı isə xüsusilə ölkəmizin enerji təhlükəsizliyi baxımından artan və artıq özünü sübut etmiş əhəmiyyətini göstərir. ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda ölkəsinin Azərbaycanın neft və qaz sənayesinin böyük dəstəkçisi olduğunu vurğulaması isə Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunun göstəricisi hesab edilə bilər. Bu cür yüksək səviyyəli siyasi və iqtisadi təmaslar Azərbaycanın beynəlxalq enerji bazarlarındakı strateji rolunun və Qərb ilə əməkdaşlıq potensialının daha da gücləndiyini nümayiş etdirir.

- Orta Dəhlizin Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir. Burada Azərbaycanın rolunu necə qiymətləndirirsiz?

- Azərbaycanın geosiyasi mövqeyi hər zaman iqtisadi inteqrasiyanı dəstəkləyib. Son illərdə əsas diqqət mərkəzində olan TRIPP layihəsi Azərbaycanın uzun illərdir formalaşmaqda olan tranzit ölkə rolunu daha da gücləndirmək potensialına malikdir. Ölkənin coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında strateji körpüyə çevirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, onun Avropa ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də Avropa bazarlarına çıxışını planlaşdırmasında və bu istiqamətdə logistika və nəqliyyat imkanlarının inkişafında mühüm rol oynadığını göstərir. Xüsusilə Qazaxıstanla Xəzər dənizi üzərindən formalaşan logistika və tranzit əlaqələrinin genişlənməsi Azərbaycanın iki qitə arasında əsas körpü rolunu daha da möhkəmləndirir. Bu proses həm enerji təhlükəsizliyi, həm də qlobal iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə, bu dinamika Cənubi Qafqazın Qərb dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin genişlənməsi fonunda inkişaf edir. Hazırda ABŞ-nin nadir torpaq elementləri idxalının böyük hissəsi Çindən asılıdır. Bu kontekstdə Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda həyata keçirilən layihələr həm potensial alternativ mənbələrin inkişafına, həm də ABŞ və Mərkəzi Asiya ölkələri arasında logistika və iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.

- “Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz” tezisi fonunda Azərbaycanın neft-qaz strategiyası necə bir praqmatik enerji modeli yaradır və bu model yaşıl enerji keçidi ilə necə uzlaşdırılır?

- Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir faktlar əsasında qurulan bir tezisdir, çünki yaxın, bəlkə də 100 illik dövrdə dünya iqtisadiyyatının funksional olması üçün qalıq yanacaqlara ehtiyac olacaq. Hazırda təkcə Avropada 10-u AB-nin üzvü olmaqla, 16 ölkəyə qaz ixrac edirik. Xüsusilə Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra əminliklə demək olar ki, Avropa İttifaqının, eləcə də digər qeyri-üzv ölkələrin, məsələn Serbiya və Şimali Makedoniyanın ən etibarlı tərəfdaşlarından biri məhz Azərbaycandır. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəməri sayəsində Azərbaycan heç bir konflikt zonasından keçmədən Avropanı və Yaxın Şərq bölgəsini enerji təhlükəsizliyi ilə təmin edir. Lakin bizim tam potensialımıza çatmaq üçün Avropa İttifaqı ölkələrinin Azərbaycana logistika və infrastruktur sahəsində sərmayə qoyması zəruridir.

Yaşıl enerji modelinə gəldikdə isə bu, bizim neft-qaz strategiyamıza qarşı olan bir plan deyil. Norveç kimi bir ölkə neft zəngini olsa da, 98 faiz enerjisini yaşıl enerji ilə qarşılayır, lakin yenə də Avropaya neft ixrac edir. Təkcə keçən il Norveç ixracının 62,2 faizi neft gəlirlərinin əsasında olub. Dünya Bankı və digər rəsmi mənbələrin statistikasına baxsaq, görərik ki, İspaniya və Portuqaliyadan sonra Avropada ən böyük yaşıl enerji potensialı məhz Azərbaycanın payına düşür. Bu məqsədlə də artıq Qarabağ bölgəsində işlərə başlanılıb. BƏƏ-nin də Aran bölgəsində kifayət qədər investisiyaları var. Düşünürəm ki, qarşıdan gələn 15 il ərzində Azərbaycan bu sahədə çox böyük uğurlar əldə edəcək.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub