DÜNYA
Polşa seksual manyak Hayk Terteryanı Belçikaya ekstradisiya edəcək
Brüssel, 29 sentyabr, AZƏRTAC
Belçika polisinin qaçaq cinayətkarları izləyən xüsusi qrupu (FAST) erməni mənşəli seksual manyak Hayk Terteryanın izinə düşüb. Aİ üzvü olan müxtəlif ölkələrdə gizlənən Terteryan bu günlərdə Polşada aşkar edilib.
AZƏRTAC xəbər verir ki, 2011-2012-ci illərdə Ostend şəhərində (Belçika) beş zorlama cinayəti törətmiş Terteryanın adı Belçika polisinin “ən çox axtarışda olan şəxslər” ("the most wanted") siyahısındadır. Belçika məhkəməsi bu ermənini qiyabi olaraq, cəzasını ciddi rejimli həbsxanada çəkmək şərtilə 15 il azadlıqdan məhrum edib.
Cinayətkar Terteryan Polşada saxlanılmazdan əvvəl bir şəxsə ağır bədən xəsarətləri yetirib və məlum olub ki, Terteryanın sənədləri saxtadır. Onun əsl şəxsiyyəti barmaq izlərinə əsasən müəyyən edilib.
Terteryan tezliklə Belçikaya ekstradisiya ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]