Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşanın Piotrkov Trıbunalski şəhərində “Azərbaycan Günü” keçirilmişdir

Bakı, 16 noyabr (AZƏRTAC). Polşanın Piotrkov Trıbunalski şəhərindəki Yan Koxanovski Universitetində “Azərbaycan Günü” keçirilmişdir.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan Yan Koxanovski Universitetinin Piotrkov Trıbunalski şəhərindəki filialının rektoru, professor Zıqmunt Matuşak tələbə və müəllim heyətinə ölkəmiz haqda məlumat vermişdir.

Sonra səfir Həsən Həsənov çıxış edərək təhsil ocağının müəllim və tələbə heyətinin Azərbaycana maraq göstərməsini sevindirici hal kimi qiymətləndirmişdir. Diplomat bu marağın Azərbaycana qarşı sevgiyə çevriləcəyinə əminliyini bildirmişdir. Səfir tələbələrə Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illik tarixindən danışmış, ölkəmizin inkişafında polyakların verdiyi töhfələri xüsusi vurğulamışdır. Memarlıqda Bakı romantizmi üslubunun yaradıcılarının Azərbaycanda fəaliyyət göstərən polyak memarların olduğu tələbələrin diqqətinə çatdırılmışdır. Səfir Azərbaycan Xalq Cümhuriyyəti dövründə polyakların dövlət strukturlarında tutduqları vəzifələrdən, ölkəmiz uğrunda güllələnən general Matsey Sulkeviçdən, həmçinin azərbaycanlı polkovnik Vəli bəy Yadigarın Polşa uğrunda qəhrəmanlıqlarından danışmışdır.

Səfir Həsən Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyəsinin əyani göstəricisi olduğunu vurğulamışdır. Diplomat səfirlik tərəfindən polyak dilində Azərbaycan ilə bağlı müxtəlif seriyalar üzrə nəşr etdirilmiş 25 adda kitabın Jan Koxanovski Universitetinin kitabxanasına hədiyyə verildiyini bildirmişdir.

Universitetin tarix-filologiya fakültəsinin dekanı, professor Markov Dutkieviç Azərbaycan-Polşa əlaqələrindən danışmışdır. Professor ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha sıx inkişafı üçün gənclərimizin Azərbaycanı və Polşanı yaxından tanımalarının vacibliyini qeyd etmişdir.

Səfirlik tərəfindən nəşr etdirilmiş 25 adda kitabın “Azərbaycan Günü” tədbirləri çərçivəsində universitetdə sərgisi olmuşdur.

Sərginin açılışında Həsən Həsənov “Azərbaycanın Dağlıq Qarabağ regionu” seriyasına aid kitablar haqda ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə bir milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür.

Filialın rektoru, professor Zıqmunt Matuşak sərginin bir ay ərzində fəaliyyət göstərəcəyini vurğulamış, Azərbaycana həsr olunmuş görüşlərin universitetdə müntəzəm keçiriləcəyinə əminliyini bildirmişdir.

Səfir Həsən Həsənov Piotrkov Trıbunalski şəhərinə səfəri çərçivəsində mer Kjıştof Xoyniak ilə görüşmüş, Azərbaycan haqda ətraflı məlumat verilmişdir.

Azərbaycan haqqında ətraflı məlumata görə təşəkkürünü bildirən mer ölkəmizlə bağlı bütün təkliflərə açıq olduğunu diqqətə çatdırmışdır.

Həsən Həsənov Piotrkov Trıbunalski povyatının (rayonunun) başçısı Stanislav Çubala ilə də görüşmüşdür.

Görüşdə səfirə Piotrkov Trıbunalski povyatı, eləcə də buradakı tədris ocaqları və istehsal müəssisələri haqda məlumat verilmişdir.

Səfir Həsən Həsənov Azərbaycan rayonlarının inkişafı, müasir standartlara uyğun yolların salınması və əyalətlərdə yeni açılan müəssisələr haqda məlumat vermiş, ölkəmizin qeyri-neft sektorunun sürətli inkişafından danışmışdır.

Silsilə tədbirlər çərçivəsində səfir Həsən Həsənovun Polşa Tarixçilər Birliyinin üzvləri və Yan Koxanovski Universitetin Elmi Şurası nümayəndələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti qurulması ərəfəsində” mövzusunda çıxışı olmuşdur.

Diplomat çıxışında 1917-ci ilin martından 1918-ci il mayın 28-dək Cənubi Qafqazda və Azərbaycanda baş vermiş hadisələrdən danışmış, Cümhuriyyətin yaranması barədə ətraflı məlumat verilmişdir. O, Azərbaycanın Versal Sülh Konfransında de-yure tanındığını, lakin XI Qızıl Ordunun hücumu ilə Cümhuriyyətin süqut etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Tarix-filologiya fakültəsinin dekanı və Polşa Tarixçilər Birliyinin professoru Markov Dutkieviç Azərbaycan tarixi ilə bağlı belə görüşün ilk dəfə keçirildiyini bildirmişdir. O, Azərbaycanın Polşa tarixçi alimlərinə tanıdılması məqsədilə oxşar görüşlərin keçirilməsinin vacibliyini vurğulamış, ətraflı məlumata görə təşəkkürünü bildirmişdir.

Tədbirlərlə bağlı yerli mediaya müsahibələr verilmiş, Piotrkov Trıbunalski şəhərinin meri Kjıştof Xoyniaka, povyatın başçısı Stanislav Çubalaya, eləcə də Yan Koxanovski Universitetinin rektoru, professor Zıqmunt Matuşaka, tarix-filologiya fakültəsinin dekanı, professor Markov Dutkieviçə, dekan müavini Yanuş Budzinskiyə, Tarix İnstitutunun direktoru Jatsek Bonarekə, direktor müavini Paveł Olszevskiyə Azərbaycan-Polşa əlaqələrinin 540, bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları təqdim edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb