Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Aydın Talıbzadə: 150 yaşlı Azərbaycan teatrı millətin sərvətidir

Professor Aydın Talıbzadə: 150 yaşlı Azərbaycan teatrı millətin sərvətidir

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanda avropatipli teatrın 150 illik tarixi xalqımızın mədəni həyatında təkcə önəmli faktların sıralanması deyil, eyni zamanda, Azərbaycan şəhərlərinin 150 illik həyatıdır: 150 illik yaddaşdır, 150 ilin unudulmaz xatirələridir, millətin mədəniyyətinin, toplumu təşkil edən fərdlərin ekzistensiyasının 150 illik təzahür şəklidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadənin “150 yaşlı Azərbaycan teatrı millətin sərvətidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

XIX əsrin sonu XX əsrin əvvəllərində neftin gətirdiyi kapital hesabına Bakı dünyanın unikal şəhərlərindən birinə çevrilirdi, Şərqlə Qərb Xəzərin sahilində bir-birilə salamlaşıb görüşürdü, İtaliya, Polşa mütəxəssislərinin köməyilə Bakıda memarlıq inciləri inşa edilirdi, Avropa Bakı ekzotikasını, Bakı möcüzəsini və qara nefti görməyə can atırdı. XX əsrin əvvəllərində Bakıda yeni avropasayağı şəhər mədəniyyəti formalaşırdı, Bakıya teatr gəlirdi, kino gəlirdi, caz gəlirdi. Bakı İçərişəhər hüdudlarından çıxıb böyüyürdü, genişlənirdi, yenidən tikilirdi və bu yeni tikintilər cərgəsində teatr binaları da bir-birinin yaxınlığında məskunlaşıb sanki şəhərin incəsənət mərkəzini yaradırdılar. Hətta bu binalar arasında cəmi 5-10 dəqiqəlik piyada yolu vardı. İndiki Musiqili Teatrın binası keçmişdə Tağıyev teatrı olub və Milli Dram Teatrının tarixinin düz 40 ili bu binada yaşanılıb. Pelmel teatrı adlandırılmış Mikado teatrı sonradan Rus Dram Teatrına, Kolizey teatrı isə Gənc Tamaşaçılar Teatrına verilib. Bu da xalqın Mayılov teatrı adlandırdığı Opera və Balet Teatrı... Onun yanında isə “Nikitin qardaşlarının sirki” yerləşib... Bu da “Ştrausun binası” deyilən Filarmoniya... Onlar şəhərin mənzərəsinə xüsusi bir ovqat, ruhsallıq, dinamizm, kübarlıq gətirirdi.

O dövrdə Azərbaycanın Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hacağa Abbasov, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Əbülfət Vəli, Rza Darablı, Əbülhəsən Anaplı, Səməd Mənsur, Mirmahmud Kazımovski, Mərziyə Davudova, Panfiliya Tanailidi və sair bu kimi istedadlı aktyorlarından ibarət müxtəlif teatr dəstələri zaman-zaman həm bu binalarda, həm də Odeon, Rekord, Ampir, Ekspress, Qranvio kimi kiçik klub salonlarında min bir əziyyət bahasına tamaşalar oynayıblar. Bu onu sübut eləyir ki, Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində teatr prosesi pərakəndə xarakter daşıyıb, təsadüflərdən, kimlərinsə iradəsindən asılı olub.

1873-cü ildən mühitin müqavimətinə, sürəkli zaman fasilələrinə, məkan məhdudiyyətinə rəğmən təşəkkül tapmağa başlamış Azərbaycan teatrını yaşatmaq, aktyorların həyat və yaradıcılıqlarını qeyri-müəyyənlik vəziyyətindən qurtarmaq, teatr prosesini hər cür maneə və müdaxilələrdən sığortalamaq üçün teatrın təsisatlı mədəniyyət faktına çevrilməsinə son dərəcə böyük ehtiyac vardı.

Görünür, elə bunları nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan teatrını dövlət təsisatı kimi qeydiyyata götürür və 1919-cu ilin 24 oktyabrında “Hökumət teatrosu”nun rəsmi açılışı olur, afişa və proqramlarda isə teatr, həmçinin, “Azərbaycan Dövlət türk teatrosu”, “Dövlət teatrosu” adlandırılır. Bu, respublikada mövcud aktyor qüvvələrinin birləşdirilməsi, teatrın inkişaf magistralına çıxarılması demək idi. Məhz elə ona görə də teatrın açılışı düz 4 gün bayram edilir və ilk olaraq İsabəy Aşurbəylinin “Azər-Baycan” tamaşası göstərilir. Həmin gün, başda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli olmaqla bütün hökumət üzvləri də bu tədbirdə iştirak edirlər.

Azərbaycan dövlətçiliyi tarixində bu ənənə hər zaman yaşayıb və Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi çağlarda öz zirvə məqamına çatıb. Ulu Öndərin teatra heyranlığı, sevgisi və qayğısı bütün ölkələrin dövlət rəhbərləri üçün bir nümunə sayıla bilər.

“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı da elə bu möhtəşəm ənənənin davamıdır. Sərəncamda deyildiyi kimi, Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Sərvət isə hər zaman qorunmağa möhtacdır. Sərvət odur ki, gələcək inkişafdan ötrü zəmin yaradır. Ona görə də Azərbaycan teatrının 150 illiyinin dövlət səviyyəsində qeyd edilməsi mühüm ictimai-sosial, mədəni hadisədir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb