Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Nəsib Quliyev: Uşaqların düzgün qidalanması ən mühüm məsələlərdən biridir

Professor Nəsib Quliyev: Uşaqların düzgün qidalanması ən mühüm məsələlərdən biridir

Bakı, 16 aprel, AZƏRTAC

Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və daimi tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunlar qəbul edilib. Uşaqların peyvənd edilməsi isə dövlət hesabına həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib:

-“Uşaqların icbari dispanserizasiyası” haqqında Qanunda göstərilir ki, yeni doğulan körpə birinci ay ərzində ən azı üç, 1 yaşa çatanadək 12-13, 1 yaşından 2 yaşadək olan uşaqlar rübdə ən azı 1 dəfə həkim müayinəsindən, ehtiyac yaranan hallarda isə kompleks müayinədən keçirilməlidir. 2 yaşdan 3 yaşadək uşaqlar ildə 2, həmin yaşdan yuxarı olanlar isə ildə ən azı bir dəfə kompleks tibbi müayinə edilməlidir. Lakin bu, dispanser qeydiyyatında olan uşaqlara aid deyil, çünki həmin uşaqlar daha tez-tez həkimin tibbi yoxlamalarından keçməli olurlar. Lakin təəssüf ki, bəzən valideynlərin uşaqlar üzərində nəzarəti itirməsi nəticəsində həkim müdaxiləsinin gecikməsi və ya fürsətin qaçırılması halları ilə üzləşirik. Hətta bəzən proseslər başlanandan, iş işdən keçəndən sonra müraciətlər olur. Ona görə də istər valideynlər, istərsə də həkimlər uşaqların bəslənilmə, qidalanma və sağlamlığını daim nəzarət altında saxlamalıdırlar.

-Professor, əvvəlcə mövsümü xəstəliklər barədə məlumat verməyinizi xahiş edirik...

- Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xəstəliklərlə əlaqədardır. Həmin sahəni təbabətdə ekoloji və ya mövsümi pediatriya adlandırırlar. Yaz-yay mövsümü uşaqların immunitetinin möhkəmləndirilməsi və orqanizmin sağlamlaşdırılması dövrüdür. Payız-qış aylarında isə daha çox soyuqdəymə, yazın əvvəlində daha çox allergik xəstəliklər narahatlıq doğurur, uşaqların bir qismində isə hipovitaminoz, yəni vitamin çatışmazlığı əlamətləri müşahidə olunur. Yaz mövsümünün başlanğıcında isə həmin xəstəliklər daha geniş yayılır. Allergik əlamətlər rast gəlinən uşaqların valideynləri onları tibb mütəxəssisi və allerqoloqun yanına aparmalı, qabaqlayıcı tədbirlər görməyə çalışmalıdırlar. İlin həmin mövsümündə ən çox pollinozlar baş verir. Ağacların çiçək açması, çiçəklərdə gedən tozlanma, havaya yayılan, yaşıllıqların əmələ gəlməsi nəticəsində yaranan görünən və görünməyən tozlar allergik reaksiyalara səbəb olur. Bunun nəticəsində uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, sulanması, maye ifrazı baş verir, ağır hallarda isə dərində səpkilər, boğulma tutmaları yaranır. Əslində allergiyaya meyilli uşaqlar yaşadıqları ərazidə poliklinikalarda qeydiyyatda olur, sahə həkimləri və allerqoloqlar onlara daim nəzarət edirlər.

-Peyvəndlərin gecikməsi zamanı nə etmək lazımdır?

-Çox təəssüf ki, valideynlər belə vacib məsələlərə vaxtında lazımi əhəmiyyət verməməsi sonralar uşaqlarda ciddi narahatlıq yaradır. Çünki peyvəndlərin içərisində eləsi var ki, erkən yaşda aparılmalıdır. Məsələn, pnevmokoklara qarşı 2 yaşına qədər, göyöskürəyə qarşı 6 yaşa qədər peyvənd edilməlidir, həmin yaş ötəndən sonra onu aparmağın əhəmiyyəti yoxdur. Peyvənd aparılmasının gecikməsi zamanı belə bir qayda var ki, axırdan başlayaraq əvvələ, yəni ən sonuncu peyvənddən başlanılır və irəliyə doğru yaşın imkan verdiyi peyvəndlər aparılır. İlk növbədə qızılca, məxmərək və parotitə qarşı, sonra isə digər peyvəndlər, o cümlədən beşvalentli vaksinin hansı komponentlərini aparmaq olarsa, onları mütləq etmək lazımdır. Peyvənd elə mühüm tədbirdir ki, yalnız şiş xəstəlikləri zamanı sitostatik dərman preparatları ilə müalicə alan uşaqlarda aparılmır. QİÇS sindromu olan uşaqlarda isə onu seçərək edirlər, qalan bütün hallarda onun aparılması zəruridir. Onu da deyim ki, peyvənd elə bir tədbirdir ki, indi ondan yayınmağa görə valideynlər xüsusi məsuliyyət daşıyır və bu barədə ondan izahat tələb olunur

-Şübhəsiz ki, uşaq sağlamlığında qidalanma çox böyük əhəmiyyət kəsb edir…

-Pediatriyada uşaqların düzgün qidalanmağı ən həlledici məsələlərdən biridir. Bütün canlılar kimi insan dünyaya gələndən onun qidalanması ana südü ilə başlanılmalı, 2 yaşına qədər davam etdirilməli və sonralar onun aldığı qidalar yaşına uyğun olmaqla yanaşı həm də təbii komponentlərdən ibarət olmalıdır. Heç də təsadüfi deyil ki, pediatrlar körpələri iki qrupa bölürlər: ana südü ilə qidalananlar və süni qidalananlar. Dünyada aparılan araşdırmalar göstərir ki, süni qidalanan uşaqlarda xəstələnmə və ölüm halları təbii qidalanan uşaqlarla müqayisədə ən azı dörd dəfə çox rast gəlinir. Təbii qidalanma zamanı uşaqların bir çox xəstəliklərdən qorunması və sağlam böyüməsi bəribaşdan təmin olunur. Ona görə də ən çox narahatlıq doğuran məsələlərdən biri ananın öz övladını ana südü ilə deyil, süni qidalar və qarışıqlarla qidalanmasıdır. “Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” Qanun da üç hissəyə bölünür: ana südü ilə qidalanmanın doğruluğu və təbliği, süd verən analara əlavə müavinətlərin verilməsi və dəstək göstərilməsi, ölkəyə gətirilən süni qida qarışıqları üzərində dövlət nəzarətinin təşkil olunması və onların reklam edilməsinin qarşısının alınması.

Valideynlər bu məsələləri mütləq nəzərə almalıdırlar. İlk növbədə uşaqların dünyaya gətirilməsi təbii yolla olmalıdır, çünki doğuş prosesində ana və uşağın orqanizmində elə vacib proseslər baş verir ki, onun gələcəkdə sağlam böyüməsi və yaşaması üçün olduqca həlledici əhəmiyyət daşıyır. Süni doğuşla dünyaya gələn uşaq isə doğulduğu andan yaşamaq uğrunda mübarizəyə qoşulmalı olur və çox çətin yollardan keçir. Bətndaxili uşağın nəfəs yolları maye ilə tutulmuş olur. Cərrahi müdaxilə ilə süni doğuş zamanı körpəni həmin mayenin içərisindən çıxarılması nəticəsində onun nəfəs alması çətinləşir və s. Bütün bunları nəzərə alaraq ən doğru yolu seçmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər