PROQRAMIN İCRASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” ilə əlaqədar müşavirə keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə nazir Misir Mərdanov proqramın icrası vəziyyətindən, məktəbəqədər təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Son illərdə məktəbəqədər təhsilin inkişafı üçün müəyyən addımlar atıldığını qeyd edən nazir bu sahədə müasir təhsil texnologiyalarının tətbiqi, təlim və inkişaf mühitinin yaradılması istiqamətində yeni uğurlar əldə edildiyini bildirmişdir. M.Mərdanov, eyni zamanda, qeyd edilən proqramla bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Təhsil Nazirliyi Strateji planlaşdırma, kadrların idarəolunması və əlavə təhsil şöbəsinin müdiri Fərzəli Qədirov keçirilən təlim kursları barədə məlumat vermişdir.
Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva müvafiq proqram üzrə 2008-ci ilə dair tədbirlər planında nəzərdə tutulan məsələlərdən bəhs etmişdir.
Sonra geniş müzakirələr aparılmış, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hana Singer öz fikir və mülahizələrini açıqlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]