Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda Atatürk Mərkəzində istedadlı qələm adamı Pünhan Şükürün yeni işıq üzü görmüş “Mənə Şəhrizadın nağılın danış" adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan müəllif hamıya təşəkkürünü bildirib.
Tarixçi Nazim Vəlişovun aparıcılığı ilə keçən tədbirdə çıxış edənlər Pünhan Şükür şəxsiyyətindən, onun həyat və yaradıcılığından söz açıb, müəllifin müxtəlif ədəbi janrlarda (hekayə, pritça, şeir, aforizmlər və s.) qələmə aldığı, seçilmiş əsərlərindən ibarət kitabın məziyyətindən, mahiyyətindən, oxuculara təlqin olunacaq ictimai-publisistik əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitabın redaktoru Giya Paçxataşvilidir.
Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə yeni kitab nüsxələri hədiyyə olunub.