PUSQUYA DÜŞMÜŞ BİR ƏSGƏRİMİZ YARALANMIŞ, DİGƏRİ İSƏ ƏSİR GÖTÜRÜLMÜŞDÜR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunun ərazisində, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində yerləşən “N” hərbi hissəsinin əsgərləri Şahin İsgəndər oğlu Əbdülrəhmanov (2002-ci il aprelin 5-də Quba Rayon Hərbi Komissarlığından çağırılmışdır) və Elməddin Gülağa oğlu Əbiyev (2001-ci il oktyabrın 1-də Cəlilabad Rayon Hərbi Komissarlığından çağırılmışdır) pusquya düşərək düşmən tərəfindən atəşə tutulmuşlar.
Nəticədə əsgər Şahin Əbdülrəhmanov yaralanmış, əsgər Elməddin Əbiyevi isə düşmən əsir götürmüşdür.
Yaralanmış əsgərə dərhal ilk tibbi yardım göstərilərək müalicə müəssisəsində yerləşdirilmişdir.
Əsir götürülmüş əsgərin geri qaytarılması üçün müvafiq tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]