Qadına qarşı soyğunçuluq edərək çantasını almaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 4 fevral, AZƏRTAC
Yanvarın 23-də Bakı şəhər sakini Y.Həmidovaya zor tətbiq edib soyğunçuluq yolu ilə içərisində 105 manat olan çantasını almaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev Xətai Rayon Polis İdarəsinin 36-cı və 37-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 3-də rayondakı aksesuar mağazalarının birindən 1010 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan altı nəfər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.