Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Müsəlmanları İdarəsinin nəşri olan “Vətən və İman” kitabının təqdimatı keçirilib

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəşri olan "Vətən və İman" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu mübarək günlərdə Azərbaycan xalqı öz dövlətçilik tarixinin şanlı məqamını — Vətən müharibəsində Zəfərinin birinci ildönümünü qeyd edir. Xalqımız 2020-ci ildə 44 gün ərzində dünya tarixi salnaməsinə daxil olacaq haqq mübarizəsi həyata keçirərək 30 il davam etmiş işğala son qoydu, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu münasibətlə Azərbaycan xalqını, rəşadətli Azərbaycan Ordusunu və xüsusilə Qarabağ Zəfərinin müəllifi Müzəffər Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirik. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri — dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli və dini-mənəvi vəhdət, Vətənin mənafeləri naminə sarsılmaz birlik oldu. Azad Qarabağda Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması və azan səsinin ucalması bizlər üçün böyük nemətdir. Uca Allahın köməyi, müdrik dövlət rəhbərimiz Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz səyləri sayəsində Azərbaycan dövlətçiliyinin Zəfəri bu gün azad Qarabağda bayram namazları, Novruz tonqalları və “Xarıbülbül” festivalları, abadlaşan kənd və şəhərlərimiz, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid kompleksi, bərpa və yenidən qurulan məscid və məbədlər, Füzuli Beynəlxalq Hava Limanı və Şuşaya aparan Zəfər yolu ilə davam edir.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı şanlı Zəfəri böyük qurbanlar bahasına əldə edib. Qazandığımız Qələbədə hər bir azərbaycanlının payı vardır. Bu mübarizədə canlarından keçmiş minlərlə şəhidimizin bizlərin üzərində haqqı var. Allah-Təala onlara rəhmət eləsin. Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfaət bəxş etsin. Vətən müharibəsində xalqımız - bütün etnik qrupların və dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib Zəfərə yetişdilər. Azərbaycandakı dini konfessiyalar ölkəmizin haqq işi uğrunda cəbhədə bir yerdə, çiyin-çiyinə vuruşdular, dünyaya haqq səsimizi birgə ucaltdıq. Şəhid övladlarımızı bir yerdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, multikultural dəyərlərimizin təntənəsidir. Minnətdarıq ki, Prezidentimiz dindarların Vətən müharibəsindəki qələbədə rolunu xüsusi qeyd edir. Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə zəhmətlər çəkib, mənəvi cəbhədə rəşadətlər göstərib, qəhrəman şəhidlərimizin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər. Bu məqamda, hər zaman Azərbaycan həqiqətlərini dünya çapında müdafiə edən, dünyaya haqq səsimizin ucaldılmasında birlik nümayiş etdirən, bu gün Fəxri xiyabanda uyuyan mərhum pravoslav qardaşımız Arxiyepiskop Aleksandr həzrətlərini rəhmətlə yad etmək istərdim.

“Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edərək, erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsələrin, minlərlə məzarlıqların dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin erməniləşdirilməsi, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir. Biz Uca Yaradan qarşısında borcumuzu, Vətən qarşısında xidmətimizi layiqli şəkildə həyata keçirməyimizdən qürur duyuruq. Bu gün diqqətinizə təqdim etdiyimiz “Vətən və İman” adlı nəşr Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin Vətən torpağı uğrunda imanlı mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmamış məlumatları ilk dəfə geniş oxucu kütləsinin diqqətinə təqdim edir. Müstəqil Azərbaycan dövlətçiliyi tarixinin mühüm və şərəfli mərhələsinə işıq salmaq məramı daşıyan bu tarixi-sənədli nəşrin ərsəyə gəlməsində böyük zəhməti olan tanınmış tədqiqatçı Araz Qurbanova və əməyi keçən bütün şəxslərə, İdarəmizin kollektivinə dərin minnətdarlığımı bildirirəm. Kitabın əhəmiyyətini nəzərə alaraq, dünya çapında daha çox insanın diqqətinə çatdırılması məramı ilə onun ingilis dilinə tərcüməsi üzərində hazırda iş gedir. Vətəni sevən imanlı insanların şücaət və saleh əməllərinə, Azərbaycan multikulturalizminin örnək nümunələrinə dair bu dəyərli nəşrdə əksini tapan həqiqətlər elm və təhsil müəssisələrində öyrənilməli, tədris olunmalı, məscidlərimizdə, din xadimlərimizin moizələrində təbliğ və təşviq olunmalıdır. İnşallah, gələcək nəsillər şərəfli tariximizin İman və Vətən sevgisi nümunələri ilə zəngin səhifələrindən ilham alarlar”, - deyə QMİ sədri əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bir neçə gündən sonra Zəfər bayramımızı qeyd edəcəyik. “Vətən və İman” kitabı Vətən müharibəsi ilə bağlı məqamları özündə ehtiva edir. Bu müharibədə bütün xalqımız birgə iştirak edib. Hər bir ailə Qələbəmizə öz töhfəsini verib. Bu kitabda Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğurunda gedən mübarizədə din xadimlərinin bir neçə istiqamətdə fəaliyyətindən bəhs edilib.

“Azərbaycan 44 günlük Vətən savaşında informasiya cəbhəsində də düşmən üzərində Qələbə çaldı. Qafqaz Müsəlmanları İdarəsi də bu mübarizədə yaxından iştirak edib. Bu kitab ideoloji mübarizə baxımından çox əhəmiyyətlidir. Döyüşlər gedən günlərdə erməni təbliğatı Azərbaycan əleyhinə güclü iş aparırdı. Bu məqsədlə beynəlxalq aləmdə geniş qaralama kampaniyası təşkil edilmişdi. Lakin Azərbaycan Prezidentinin apardığı düzgün informasiya siyasəti nəticəsində mənfur düşmən bu arzusuna da çata bilmədi. 44 günlük müharibə dövrünün hər bir günündə dövlətimizin başçısı dünyaya həqiqətləri çatdırırdı”, - deyə komitə sədri əlavə edib.

Kitabın Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işində əhəmiyyətindən bəhs edib Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib ki, “Vətən və İman” nəşri bu baxımdan xüsusi rola malik olacaq. “Qələbəmizdə bütün xalqımızın rolu var. Bu işdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri şeyxülislam Allahşükür Paşazadənin rolu xüsusi qeyd edilməlidir. İmanı olmayanın Vətəni olmur. Bu baxımdan kitabın adı da çox düzgün seçilib. Bu kitabda məntiqi ardıcıllıq, fəlsəfi baxış var. Çar Rusiyası dövründə bütün mənəviyyatımıza, dinimizə qarşı böyük hücumlar var idi. Lakin xalqımız mətin dayandı, öz milli kimliyini qoruyub saxladı", - deyə Fəzail İbrahimli qeyd edib. Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifidir. Dağılmaq təhlükəsi ilə üz-üzə olan yüzlərlə dini abidəmiz məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dövründə bərpa olunaraq dindarların istifadəsinə verilib, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa olunub. Şeyxülislam ümummilli lider Heydər Əliyevin ideyalarından bəhrələnərək, hər zaman xalqının ağır günlərində onun yanında olmaqla, bütün həyatını qəddarlıqlara, zülmə qarşı mübarizəyə, ədalətin bərqərar olmasına, sülhün zəfər çalmasına həsr edən şəxsiyyətlərdəndir. Dünyada sülhün bərqərar olması, xalqların mehriban, əməkdaşlıq şəraitində yaşamasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Şeyxülislamın bu fəaliyyəti dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatları tərəfindən də daim yüksək qiymətləndirilir və dəyərləndirilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı deyib ki, bu kitab tariximizin yaxın keçmişini - 30 illik dövrünü əhatə edir. Bu dövr Azərbaycanda çox mürəkkəb proseslərin baş verdiyi, eyni zamanda, müstəqillik qazandığımız dövrdür. 1990-cı illərdə Azərbaycanda mürəkkəb, xaosla dolu proseslər baş verirdi. Bu dövrdə şeyxülislam Allahşükür Paşazadənin əlləri xalqımızın qanına batmış Sovet imperiyası rəhbərliyinə kəskin etirazı heç zaman yaddan çıxmayacaq.

1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə həyatın iflic olan sahələrini yenidən dirçəltməyə və milli-mənəvi həmrəyliyi, ictimai-siyasi sabitliyi bərpa etməyə başladı. Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçildikdə bu özül üzərində yeni inkişaf strategiyaları ortaya qoyub. Nəticədə gərgin tarixi şəraitdə möhtəşəm Qələbə qazandıq. Düşmən və onun arxasındakı güclər Azərbaycandakı mənəvi həmrəyliyi, etnik dini vəhdəti, dövlət-iqtidar-xalq birliyini pozmaq üçün məkrli təxribatlar, təbliğatlar həyata keçirirdi və bu gün də keçirir.

Vətən müharibəsində orduda dini mənsubiyyətindən asılı olmayaraq, bütün gənclər, vətəndaşlar ölümə getdilər. Müharibə dövründə Prezident İlham Əliyevin təkbaşına dünya auditoriyası qarşısında çıxışı həqiqətləri bir daha ortaya çıxardı. Dindarların da bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri danılmazdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları, dini konfessiyaların rəhbərləri və digərləri də kitabın əhəmiyyəti ilə bağlı ətraflı danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq