İQTİSADİYYAT
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın iki bankına kredit ayırıb
Bakı, 24 iyun, AZƏRTAC
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) “Rabitəbank” və “Turanbank” ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, QDTİB “Rabitəbank”a 10 milyon dollar, “Turanbank”a 5 milyon dollar məbləğində kredit ayırıb.
Qeyd edək ki, imzalanma iyunun 24-də Bakıda keçirilən QDTİB-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.