QARA QARAYEVİN 90 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR KLASSİK MUSİQİSEVƏRLƏR KLUBU ÜZVLƏRİNİN KONSERTİ
AZƏRTAC xəbər verir ki, iyunun 4-də maestro Niyazinin ev-muzeyində XX əsrin böyük bəstəkarı Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar klassik musiqisevərlər klubu üzvlərinin konserti olmuşdur.
Konsertdə Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Muzeyin direktoru Alla Bayramova, xalq artisti, professor Musa Mirzəyev və başqaları çıxış edərək Qara Qarayevin həyat və yaradıcılığı barədə danışmışlar.
Konsertdə Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, dosent Məleykə Əhədzadə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, 35 nömrəli orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etmişlər.
Q.Qarayevin əsərlərindən “Təbrik marşı”, “Don Kixot” simfonik qravürləri, “Səyahət”, skripka ilə fortepiano üçün sonata, prelüdlər və s. səsləndirilmişdir.
Sonda xalq artisti Oqtay Mirqasımovun “Qara Qarayev” sənədli filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]
Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir
- 12.06.2026 [12:28]
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]